Medianews.az
AZAL daha bir mühüm məlumat
98 baxış

AZAL daha bir mühüm məlumat YAYDI

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.

Medianews.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.

***
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-021 nömrəli Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib.
 
*** 

Yaxın Şərqdə baş verən son hadisələr ilə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yolları tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb.

Medianews.az bildirir ki, Sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər.

Qeyd edək ki, Naxçıvan istiqaməti üzrə planlaşdırılan reyslər ştat rejimində həyata keçirilir.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaq.



Bizə qoşulun