Türk aktrisa Özgü Kaya müğənni Murat Dalkılıçla münasibətləri barəsində etiraflar edib.
Sevgilisi Murat Dalkılıçı özünün yoldan çıxardığını etiraf edən aktrisa onunla tanışlıq hekayəsini danışıb.
"Mən tələbə olanda 2016-cı ildə mənə musiqi ilə bağlı bir layihə təklif etdi, amma o vaxt özümü hazır hiss etmirdim. Keçən ildən bir az əvvəl bu məsələ yenidən gündəmə gəldi, mən yenə istəmədim. Lakin sonradan enerjimizin çox yaxşı uyğunlaşdığını gördük. Onun da mənim kimi dəli-dolu, sarkastik tərəfi var. Yan-yana gələndə sanki bir-birimizin əksi olduq və bundan çox zövq almağa başladıq" deyə o bildirib. /olay.az
29.05.2026, 07:07
175
baxış
Zara Editor