"Kızılcık Şerbeti" serialında Sönmez obrazı layihə ilə vidalaşıb.
Demokrat.az xəbər verir ki, "Show TV" telekanalında yayımlanan, "Gold Film" şirkətinin istehsalı olan ekran işinin əsas qəhrəmanlarından Sönmez növbəti mövsümdə çəkilməyəcək. Ekran işində dörd mövsümdür bu obrazı canlandıran ustad aktrisa Aliye Uzunatağan mövsüm finalı ilə heyətdən ayrılıb.
Buna səbəb layihənin maliyyə şərtləri ətrafında yaranan anlaşılmazlıqdır.
Jurnalist Birsen Altuntaşın yaydığı məlumata görə, aktrisa mövsüm finalından əvvəl öz şərtlərini rəhbərliyə təqdim edib. İstehsalçı şirkət ilə aktrisa arasında iqtisadi məsələlərdə ortaq məxrəc tapılmayıb.
Bu səbəbdən də ekran işinin mövsüm finalında isə Sönmez obrazı infarkt keçirib.
Qeyd edək ki, tərəflər əvvəllər də yollarını ayırmaq qərarına gəlsələr də, sonradan barışmışdılar.
Serialın yeni mövsümündə heyətə yeni simalar daxil olacaq. Mövsüm başa çatmazdan əvvəl aktyor Murat Aygenlə yeni seriyalar üçün razılıq əldə edilib. O, layihədə Lider obrazını canlandıracaq. Məlumata görə, Lider obrazının Evrim Alasyanın canlandırdığı Kıvılcım xarakterinə yaxınlaşacağı ehtimal edilir.
02.06.2026, 06:03
136
baxış
Zara Editor