ABŞ yaxın həftələrdə İrana zərbə endirə bilər.
Musavat.com xəbər verir ki, bu barədə İranın “Iran International” telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, son həftə ərzində regiona böyük miqdarda hərbi texnika göndərilib və bu prosesin yaxın günlərdə davam edəcəyi gözlənilir.
İsrail isə bu əməliyyatda yalnız ABŞ müvafiq addımlar atdıqdan sonra iştirak edəcək. Həmçinin, İsrail yalnız İran ilk olaraq hücum edərsə və ya belə bir niyyətin açıq əlamətlərini göstərərsə, əməliyyata qoşulacaq.