Medianews.az
İran müzakirə və anlaşmaya
94 baxış

İran müzakirə və anlaşmaya hazırdır

İran məntiq və prinsiplərə əsasən ABŞ tərəfi ilə müzakirə aparmağa və razılaşma əldə etməyə hazırdır.

Medianews.az xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejei Məhkəmə Sisteminin Ali Şurasının üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, İran heyəti parlament sədri Məhəmməd Baqir Qalibafın başçılığı ilə müzakirələrdə İranın haqlı hüququnu və əldə etdiyi nailiyyətləri qoruyub. Lakin ABŞ tərəfinin fərqli tələbləri nəticəsində müzakirələr uğurla nəticələnməyib.

Mohseni Ejei bildirib ki, hazırda İranda bütün qüvvələr, diplomatlar və vətəndaşlar bütün sahələrdə əldə olunan nailiyyətlərinin qorunmasında yekdildir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.//Trend

Bizə qoşulun