İspaniya və Argentina milli komandaları 2026-cı il martın 27-də "Finalissima" kuboku uğrunda mübarizə aparacaqlar.
Oxu.Az bildirir ki, bu barədə məlumatı UEFA-nın Mətbuat Xidməti yayıb.
Oyun Qətərin Doha şəhərindəki "Lusail" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
Qeyd edək ki, "Finalissima" Avropa və Amerika çempionlarının qarşılaşdığı oyundur.
2024-cü ildə Argentina milli komandası Amerika Kubokunda qələbə qazanıb. İspaniya yığması həmin il Avropa çempionu tituluna sahib çıxıb.