Medianews.az
Taliban Rusiya, ABŞ və Çinə
315 baxış

Taliban Rusiya, ABŞ və Çinə müraciət etdi

“Rusiya, ABŞ və Çin Əfqanıstan uğrunda bir-biri ilə sülh yolu ilə rəqabət aparmalı və ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirməlidir”.

Medianews.az xəbər verir ki, bunu Əfqanıstanın müdafiə naziri Məhəmməd Yaqub Mücahid deyib.

"Nə Rusiya, nə də Çin Əfqanıstanın ABŞ-nin göstərişi ilə onlara qarşı hərəkət edəcəyinə və ya ərazisinin onlara qarşı istifadəsinə icazə verəcəyinə inanmır. ABŞ isə inanmır ki, Rusiya və ya Çin ondan onlara qarşı istifadə etmək istəyəcək. Gəlin ticarət edək, bir-birimizlə sülh yolu ilə rəqabət aparaq, bəndlər, yollar, fabriklər tikək, elektrik enerjisi layihələrinə sərmayə qoyaq", - Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.

Mücahid vurğulayıb ki, digər ölkələr Əfqanıstana qarşı mümkün “pis niyyətlərdən” çəkinməlidirlər, çünki bu ölkə heç kimə qarşı düşmənçilik bəsləmir və hamı ilə İslam şəriətinə əsaslanan yaxşı münasibətlər qurmaq niyyətindədir.

Medianews.az

Bizə qoşulun