Medianews.az
Pitbul iki uşağa hücum etdi -
162 baxış

Pitbul iki uşağa hücum etdi - VİDEO

Türkiyədə bir ailənin 1,5 və 5 yaşlı iki övladı qonşunun pitbul cinsli iti hücum edib.

Medianews.az xəbər verir ki, insident Ankaranın Etimesgut rayonunda baş verib.

Üz və döş nahiyəsindən yaralanan uşaqlar təcili yardımla xəstəxanaya aparılıblar. Həkimlər onların həyati təhlükəsinin olmadığını bildiriblər.

Hadisə ailə bazarlıqdan evə qayıdarkən baş verib. Ana və uşaqlar liftlə öz mərtəbələrinə qalxan zaman qonşuya məxsus pitbul qapıdan çıxaraq birbaşa uşaqlara hücum edib.

Uşaqların atası Adem Öztürk itlə bağlı əvvəl də şikayətlər edildiyini, lakin tədbir görülmədiyini deyib: “Bu hadisədən sonra günahkarların cəza almasını istəyirəm. Övladımın üzünə baxa bilmirəm”.

Ailə it sahibinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Medianews.az

Bizə qoşulun