Zəhərli ev ilanına yeməyi əli ilə verən kişinin baş barmağı amputasiya edilib.
Medianews.az xəbər verir ki, hadisə Çində baş verib.
Huan uzun illərdir ki, erkək misbaş ilan saxlayırdı. Lakin ilan xəstələndiyi üçün yeməkdən imtina edib. Huan təhlükəsizlik qaydalarını pozaraq zəhərli sürünəni əllə yemləməyə başlayıb. Günün birində ilan onun barmağını dişləyib.
Dişləmədən yaranan toksinlər Huanda toxuma nekrozuna və qan laxtalanmasının ciddi şəkildə pozulmasına səbəb olub. Həkimlər onun baş barmağını amputasiya etmək qərarına gəliblər.
Medianews.az