Medianews.az
Ağdamın Xıdırlı kəndindəki məktəbdən reportaj: "Burada işləmək çox qürurvericidir" -
53 baxış

Ağdamın Xıdırlı kəndindəki məktəbdən reportaj: "Burada işləmək çox qürurvericidir" - VİDEO

2025-ci ilin sentyabr ayında fəaliyyətə başlayan Ağdam rayonu Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində hazırda 226 şagird təhsil alır. 30 nəfərlik heyəti olan məktəb ümumilikdə 500-dən artıq şagirdin təhsil alması üçün nəzərdə tutulub. Sevindirici hal ondan ibarətdir ki, yanvar ayında məktəbin şagirdləri ilk dəfə olaraq öz təhsil ocaqlarını olimpiadalarda təmsil edəcəklər.

Məktəbin şagird və müəllimləri öz təəssüratlarını Baku TV ilə bölüşüblər.

"Xıdırlıya gəlmək üçün çox həvəsli idim. Çox qəşəng kənddir, məktəbimiz də gözəldir. Buraya gəldiyim üçün çox sevinirəm", - deyə məktəbli Əmir Rüstəmov qeyd edib.

"Burada işləmək çox qürurvericidir. Anamın uşaqlığı bu kənddə keçib, o, həmişə mənə Xıdırlıdan danışırdı. Bu gün burada işlədiyim üçün çox xoşbəxtəm", - deyə müəllimə İlahə Qarayeva vurğulayıb.

Bizə qoşulun