Dünən İran prezidenti Məsud Pezeşkian Tehranda keçirilən hökumətyönlü mitinqi şərh edib və bu tədbiri “ölkənin düşmənlərinin planlarını pozan addım” kimi dəyərləndirib.
Musavat.com-un xəbərinə görə, o, bildirib ki, mitinq İran xalqının ərazi bütövlüyünü qorumaq iradəsini göstərib və xarici qüvvələrin məkrli planlarına sarsıdıcı cavab olub.
Prezident qeyd edib ki, aksiya miqyasına görə misilsizdir və vətəndaşların ayıq-sayıqlığını və dini dəyərləri müdafiə etməyə hazır olduqlarını nümayiş etdirir. Pezeşkian mitinqdə iştirak edən vətəndaşlara təşəkkürünü bildirib və onların sədaqətini yüksək qiymətləndirib.
Pezeşkianin sözlərinə görə, mitinq həm də amerikalı siyasətçilər və muzdlu qüvvələr üçün xəbərdarlıq xarakteri daşıyır.