Medianews.az
Paşinyan bunu deyəndə Prezident Zakir Həsənova
91 baxış

Paşinyan bunu deyəndə Prezident Zakir Həsənova tapşırıq verdi

2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Prezident İlham Əliyevlə ilk təmas həmin ilin 28 sentyabrında Düşənbədə baş tutub. Orada qeyri-rəsmi görüş olub və bir saat davam edib.

Medianews.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində danışıb.

O qeyd edib ki, Prezident İlham Əliyev Paşinyana müraciət edərək bu məsələnin (münaqişənin – red.) həll edilməsini istəyib.

“Nikol Paşinyan deyib ki, “mən yeni gəlmişəm, mənim üçün çətindir. Mənə bəlli bir vaxt lazımdır və bu işi həll etmək üçün bütün addımları atacağam. Sadəcə olaraq mənim də bəlli bir çətinliyim var. O cümlədən sərhəddə, təmas xəttində olan gərginlik. Burada snayper müharibəsi gedir və sizin tərəfinizdən də kifayət qədər fəallıq var. Siz bu prosesin qarşısını alsanız, bu prosesdə mənə də xeyli kömək olar”. Cənab Prezident elə Düşənbədə olarkən bu barədə Müdafiə Nazirliyinə tapşırıq verir ki, bütün istiqamətlər üzrə tam sakitlik və tam sabitlik olsun, hətta qarşı tərəfdən hər hansı bir atəşkəs pozuntusu olduğu hallarda buna dərhal qarşılıq verilməsin”.

Nazir həmçinin onu da qeyd edib ki, ölkələr arasında “qaynar xətt”in formalaşdırılması üçün razılıq da əldə olunur. Pozuntu halları baş verən zaman onlar dərhal müdaxilə edir və bunun qarşısını alırlar.

“Nikol Paşinyan özü də etiraf edirdi ki, o dövr sərhəddə ən sabit dövr idi”, – Ceyhun Bayramov əlavə edib.

Bizə qoşulun