Ermənistana 1000 ton Qazaxıstan buğdasının ilk partiyası gəlib.
Bu barədə Ermənistan ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat verib.
Nazir bildirib ki, tədarük Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə həyata keçirilib. O vurğulayıb ki, bu proses Yerevan və Bakı arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalar sayəsində mümkün olub.
Qeyd edək ki, 35 ildən sonra ilk dəfə Rusiyadan Ermənistana taxıl qatarı Azərbaycan və Gürcüstan ərazisindən keçərək çatdırılıb.