Medianews.az
“Qarabağ danışıqlarına dair sənədləri açıqlayacağam”
94 baxış

“Qarabağ danışıqlarına dair sənədləri açıqlayacağam”

Qarabağla bağlı danışıqlar prosesinə aid əsas sənədləri, o cümlədən 2019-cu ilə aid materialları açıqlamağa hazıram

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Serj Sarkisyanın müsahibəsinə cavab olaraq paylaşdığı postda bildirib.

Onun sözlərinə görə, hazırda bu sənədlər skan edilir və ilin sonunadək bütün paket bir sıra açıq məktublarla birlikdə dərc ediləcək.

“Narahat olma, mən artıq danışıqlar prosesinə aid bütün əsas sənədləri (2019-cu il daxil olmaqla) sistemləşdirmişəm. İndi onları skan edirik və ilin sonunadək bir neçə açıq material əlavə edərək dərc edəcəyəm. Səni nəzərə almadığımı düşünməyəsən deyə, bir məktubunu da daxil edəcəyəm. Yuxudan oyananda Robert Köçaryan və Levon Ter-Petrosyana xəbər ver”, - Paşinyan ölkənin üçüncü prezidentinə müraciətində yazıb.

Xatırladaq ki, Serj Sarkisyan bir gün öncə verdiyi müsahibədə 2019-cu ildə Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında ATƏT-in Minsk qrupunun yeni sənədinin olduğunu söyləmişdi. Sarkisyan bildirib ki, əvvəlcə həmin sənədi Ermənistan üçün qəbuledilməz hesab edib, lakin sonradan onun danışıqlar üçün əsas ola biləcəyi qənaətinə gəlib.

Bizə qoşulun