Medianews.az
Özcan Deniz ailəsinə sərt sözlərlə üz tutdu:
361 baxış

Özcan Deniz ailəsinə sərt sözlərlə üz tutdu: “Məni köləniz etdiniz” - FOTO

Türkiyəli məşhur müğənni Özcan Deniz ailəsi ilə yaşadığı problemlərlə bağlı açıqlama vermək istəmədiyini bildirsə də, sosial media hesabından paylaşdığı sərt mesajlarla yenidən gündəmə gəlib.

Medianews.az yerli mediaya istinadən xəbər ki, 53 yaşlı sənətçi uzun müddət pradüsseri olmuş qardaşı Ercan Denizlə maliyyə məsələlərində anlaşılmazlıq yaşayıb.

Daha əvvəl də "Artıq tək ailəm oğlum Kuzey və həyat yoldaşım Samar Dadgardır" deyə paylaşım etmişdi.

“Məndən və ailəmdən uzaq durun”

Barışa çağrılarına məhəl qoymayan məşhur sənətçi, anasına ünvanladığı mesajda kəskin ifadələr işlədib:

“Əziz anam, etdiyiniz saysız haqsızlığa dözdüm, amma yolumuz bir deyil,” — deyə bildirən Özcan Deniz, ailəsinin ona xəyanət etdiyini qeyd edib.

O, açıqlamasında əlavə edib:

“Vəfatınızda orada olmayacağam, xərclərinizi qarşılayaram, narahat olmayın. Əgər sizdən əvvəl mən dünyadan getsəm, gəlməyin. Gəlsəniz, daşlanarsınız. Bu mənim tövsiyəm və vəsiyyətimdir. Gəlinməsin, məndən və ailəmdən uzaq durun. Yolunuz və bəxtiniz açıq olsun.”

Bu sözlərlə sənətçi ailəsi ilə münasibətlərə qəti nöqtə qoydu.

Özcan Deniz, özündən oğurlandığını iddia etdiyi 40 ilin xatirinə 40 paylaşım edərək ailəsinə münasibətdə nöqtəni qoydu.

Özcan Deniz, özündən oğurlandığını düşündüyü 40 ilin xatirinə 40 paylaşım edərək acı və sərt açıqlamalar yayımlayıb.

Medianews.az

 

Bizə qoşulun