İsrailin “Mossad” kəşfiyyat xidmətinin direktoru David Barnea İran ətrafında yaranmış vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq üçün ABŞ-a səfər edib.
Medianews.az Qərb mediasına istinadla xəbər verir ki, Barnea Ağ evin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşməyi planlaşdırır.
Uitkoff ABŞ-la İran arasında birbaşa əlaqə kanalının əsas təmsilçilərindəndir.
“Mossad” rəhbərinin ABŞ Prezidenti Donald Trampla görüşüb-görüşməyəcəyi hələlik bəlli deyil.
Qərb mediası yazır ki, Vaşinqton İranda etirazçılara qarşı zorakılıq yenidən güclənsə, hərbi müdaxilə variantı istisna etmir. ABŞ regiona əlavə hərbi qüvvələr göndərməyə hazırlaşır.