Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi “Batkivşina” partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko barəsində 33 milyon qriven (təxminən 1,49 milyon manat ) girov qətimkan tədbiri seçib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Elektron qolbaqla təmin olunan Timoşenko Kiyev vilayətinin ərazisini icazəsiz tərk etməməsi şərtilə sərbəst buraxılıb.
Bir gün əvvəl İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAP) “Batkivşina” rəhbərinin azadlığa buraxılması üçün təxminən 50 milyon qrivna (2,25 milyon manat) məbləğində girov tələb etmişdi.
Yanvarın 13-də Ukraynanın Milli Antikorrupsiya Bürosu və SAP Ali Radanın fraksiyalarından birinin rəhbərinin deputatlara səsvermə üçün rüşvət təklif etməsi faktının ifşa olunduğunu bildirmişdi. Yanvarın 14-nə keçən gecə “Batkivşina”nın ofisində istintaq tədbirləri aparılıb. Timoşenko ittihamları rədd edib.