Hazırda sosial şəbəkələrin Azərbaycan seqmentində və bəzi saytlarda ictimai nəqliyyatda gediş haqqının artacağı barədə qeyri-rəsmi xəbərlər yayılır.
Medianews.az son illər ictimai nəqliyyatda gediş haqqının necə olduğuna nəzər yetirib.
2018-ci ilin avqust ayınadək metroda və şəhərdaxili avtobus marşrutlarında gediş haqqı 20 qəpik olub.
Sonrakı müddətdə qiymətlər aşağıdakı tarixlərdə və məbləğdə dəyişib.
2018-ci il avqustun 1-dən:
metroda 1 gediş 30 qəpik,
şəhərdaxili avtobus marşrutlarında 30 qəpik,
şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 30-90 qəpik,
şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 2,4 qəpik.
2023-cü il fevralın 3-dən:
metroda 1 gediş 40 qəpik,
şəhərdaxili avtobus marşrutlarında 40 qəpik,
şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 40 qəpik-1 manat arası,
şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik.
2024-cü il iyulun 1-dən (bugünədək qüvvədə olan qiymətlər):
metroda 1 gediş 50 qəpik,
şəhərdaxili avtobus marşrutlarında 50 qəpik,
şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 50 qəpik-1 manat 10 qəpik,
Şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3,7 qəpik.
Toğrul Əli,
Medianews.az