Medianews.az
Gediş haqlarının yuxarı hədləri belə olacaq
775 baxış

Gediş haqlarının yuxarı hədləri belə olacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarına əsasən, oktyabrın 1-dən Bakı metrosunda gediş haqqı 50 qəpikdən 60 qəpiyə qaldırılır.

Eyni zamanda Bakı şəhərinin inzibati ərazisində müasir tələblərə cavab verən, yəni elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən, gediş haqları nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında tariflərin aşağı həddi 60 qəpik olur.

Ancaq müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında tariflər həm də məsafədən asılı olaraq dəyişir.

Aşağı hədd bəllidir: 60 qəpik.

Bəs yuxarı hədlər nə qədər olacaq? Yəni məsafədən asılı olaraq qiymətlər necə dəyişəcək?

Medianews.az bildirir ki, oktyabr ayının 1-dən müasir tələblərə cavab verən, yəni elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən, gediş haqları nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında tariflər məsafədən asılı olaraq bu cür dəyişəcək:

15 km-dək (15 km daxil olmaqla) – 60 qəpik

15 km-dən 30 km-dək (30 km daxil olmaqla) – 70 qəpik

30 km-dən 40 km-dək (40 km daxil olmaqla) – 80 qəpik

40 km-dən 45 km-dək (45 km daxil olmaqla) – 90 qəpik

45 km-dən 50 km-dək (50 km daxil olmaqla) – 1 manat 10 qəpik

50 km-dən yuxarı – 1 manat 20 qəpik.

Bakı şəhərinin inzibati ərazisində müasir tələblərə cavab verməyən marşrutlarda isə qiymətlər əvvəlki kimi, yəni belə olacaq:

15 km-dək (15 km daxil olmaqla) – 50 qəpik

15 km-dən 30 km-dək (30 km daxil olmaqla) – 60 qəpik

30 km-dən 40 km-dək (40 km daxil olmaqla) – 70 qəpik

40 km-dən 45 km-dək (45 km daxil olmaqla) – 80 qəpik

45 km-dən 50 km-dək (50 km daxil olmaqla) – 1 manat

50 km-dən yuxarı – 1 manat 10 qəpik.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının ictimai nəqliyyatda gediş haqlarının artırılmasını nəzərdə tutan qərarı Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarına da aiddir. Hazırda Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında gediş haqqı 70 qəpikdir. Kollegiyanın qərarına əsasən, oktyabrın 1-dən Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə istifadə edilən, sıxılmış qaz və ya elektrik mühərriki ilə işləyən, yaxud 2025-ci il 1 yanvar tarixindən sonra istehsal edilən və dizel mühərriki ilə işləyən avtobuslarda gediş haqqı ödəniş aləti vasitəsilə ödənildiyi halda bir gedişin qiyməti 80 qəpik olacaq.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun