Medianews.az
Əsəd ailəsi Rusiyada necə yaşayır?
216 baxış

Əsəd ailəsi Rusiyada necə yaşayır?

Suriyanın sabiq lideri Bəşər Əsəd və ailəsi Moskva şəhərində lüks həyat yaşayır.

Medianews.az xəbər verir ki, bu barədə İngiltərənin “The Guardian” qəzeti yazıb.

Ailənin Rusiyanın elitar məhəllələrindən birində yaşadığı qeyd olunur. Həmin ərazidə Ukraynanın devrilmiş lideri Viktor Yanukoviçin də yaşadığı vurğulanıb.

Məlumata görə, Əsəd 2011-ci ildən Qərbin sanksiyalarından sonra pullarını Moskva şəhərinə çıxarıb və ailəsi maddi çətinlik çəkmir. Həmçinin göz həkimi olan Bəşər Əsəd ixtisas bilgilərini təzələmək üçün dərslərə gedir və Rus dilini öyrənir.

Əsma Əsəd isə Suriyadan qaçarkən Moskvada lösemi müalicəsi alırdı. Onun eksperimental müalicə aldığı və sağaldığı bildirilir. Ailə tam izolyasiya olunmuş həyat sürür, Əsəd isə keçmiş rejimdən çox az adamla görüşür.

Qəzet, Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdən düşmüş liderlərə xoş yanaşmadığını, Bəşər Əsədə gəlincə onun daha heç vaxt yaxına buraxmayacaq.

Medianews.az

Bizə qoşulun