Medianews.az
Erməni lobbisi həbsdə olan separatçıların azad olunmasına çalışır
234 baxış

Erməni lobbisi həbsdə olan separatçıların azad olunmasına çalışır

“Ermənistanda Rusiyaya bağlı siyasi müxalifət və Amerika Erməni Komitəsi Bakıda həbsdə olan separatçıların azad olunması üçün fəaliyyətə başlayıb”. Siyasi ekspert Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, həbsdəki separatçıları tələb edənlər Azərbaycanla sülhə qarşıdırlar və Ermənistanın baş naziri Nikol Paşinyan əleyhinə siyasi mövqe ortaya qoyublar: “Başda erməni lobbisi, Amerika Erməni Komitəsi, Erməni Apostol Kilsəsi və Ermənistan müxalifətidir. Onları birləşdirən ortaq məxrəc Qarabağ məsələsində Rusiya ilə birgə əməkdaşlıq və Ermənistanda siyasi hakimiyyətə gəlməkdir.

Onlar Paşinyanı devirib həbsdə olan Ruben Vardanyanı və digər separatçıları Ermənistanda aktiv siyasətə gətirməyə çalışırlar. Ona görə də Paşinyan Bakıda həbsdə olan separatçıların azad olunmasında maraqlı deyil”.

M.Əsədullazadə vurğulayıb ki, Azərbaycan əleyhinə hərbi cinayətlər, işğal, terror, soyqırımı törədənlər qanunvericiliyə uyğun qaydada mühakimə edilirlər və layiqli cəzalarını alacaqlar.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun