Medianews.az
Dinozavrlar hansı xəstəlikdən ÖLDÜ? -  
195 baxış

Dinozavrlar hansı xəstəlikdən ÖLDÜ? -   Alimlər açıqladı 

Heyvanlar ölümcül sümük infeksiyasından ölüblər. Braziliyada 80 milyon il əvvəl "səssiz qatil" nəhəng dinozavrları vurub və heyvanların osteomielit adlı ağır sümük infeksiyasından ölməsinə səbəb olub. Bunun sübutu San-Paulu ştatının İbira bölgəsində aşkar edilmiş sauropod sümüklərində tapılıb.

Medianews.az xəbər verir ki, bu barədə "Interesting Engineering"də yazılıb. 
Tədqiqatçılar bildirib ki, bu tədqiqat quş olmayan dinozavrlarda osteomielit hallarını araşdıraraq, bu patoloji vəziyyətin ümumi olduğu İbira bölgəsinə diqqət yetirir.

Osteomielit müxtəlif patogenlər, o cümlədən bakteriyalar, viruslar və göbələklər tərəfindən törədilə bilən sümük infeksiyasıdır. Bu gün bu infeksiya məməlilərə, quşlara və sürünənlərə təsir göstərir.

Qeyd olunur ki, təxminən 80 milyon il əvvəl təbaşir dövrünə aid 6 fərd fosillərində belə bir xəstəliyin varlığı aşkar edilib.

Tədqiqatçılar bildiriblər ki, heyvanların qalıqlarında sağlam toxuma tapılmadı, bu onların infeksiya hələ də aktiv olduğu müddətdə öldüyünü göstərir.

Həmçinin, bəzi sauropod fosillərində sümük iliyi ilə məhdudlaşan, digərlərində isə sümük iliyindən sümüyün xarici səthinə qədər uzanan lezyonlar var idi.

Bildirilir ki, alimlər apardıqları araşdırmada fosillərdə osteomielitin üç fərqli və əvvəllər sənədləşdirilməmiş formasını aşkar ediblər. Tədqiqatda deyilir ki, bunlara kiçik yuvarlaq qabarlar və ya tüberküllər, barmaq izinə bənzər naxışlı elliptik qabarıqlar və üçüncü qrup böyük dəyirmi işarələr daxildir.

Medianews.az

Bizə qoşulun