Medianews.az
Bu partiyanın Milli Məclisdə mandatı 1-ə düşdü
556 baxış

Bu partiyanın Milli Məclisdə mandatı 1-ə düşdü

Milli Məclisdə 90 saylı Ağsu seçki dairəsini təmsil edən Elçin Mirzəbəyli Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD) üzvlüyündən çıxarılıb.

Medianews.az xəbər verir ki, beləliklə, ƏHD-in parlamentdə 1 mandatı qalıb – partiya sədri Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı dairəsinin deputatıdır.

2024-cü il sentyabrın 1-də seçilmiş Milli Məclisdə Yeni Azərbaycan Partiyasının 68, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1 mandatı var.

Elçin Mirzəbəylini də nəzərə alanda 45 mandat partiyasız şəxslərdədir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun