ABŞ prezidenti Donald Trampın ötən gün verdiyi bəyanatda qeyd edilib ki, BMT-yə məxsus ümumilikdə, 66 qurumda ABŞ-nin üzvlüyü ləğv ediləcək. Bu isə qlobal güclərin yerdəyişməsinə səbəb olacaq.
Bəs, bu regionda hansı dəyişikliklərə səbəb ola bilər?
Medianews.az xəbər verir ki, mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Ajans.az-a açıqlama verib.
O bildirib ki, Donald Tramp hesab edir ki, beynəlxalq təşkilatlara dəstək olmaq nizam-intizam sayılır. Lakin buna riayət edilməməlidir.
ABŞ-nin BMT-nin bəzi üstsəviyyəli qurumlarından çıxması liberal-beynəlxalq nizamın zəifləməsinə səbəb olacaq. Amerikanın geri çəkilməsi demokratiya, insan hüquqları, mətbuat azadlığı kimi dəyərlərin təşviqi mexanizmlərini sarsıda bilər. Çünki burada əsas aparıcı gücü ABŞ oynayır.
Siyasi şərhçi bildirib ki, digər tərəfdən regionda geosiyasi boşluqlar yaranacaq. Afrika, Latın Amerikası, Yaxın Şərqdə ABŞ təsiri zəifləyə bilər. Lakin bu boşluqları bəzi dövlətlər doldura bilər.
Nümunə olaraq, Çin Xalq Respublikasını göstərmək olar. Struktur, maliyyə və digər institutlar vasitəsilə mümkündür. Həmçinin, BMT qurumlarında kadr üstünlükləri əldə etmək olar.
Mübariz Göyüşlü qeyd edib ki, Rusiyada təhlükəsizlik, Avropa İttifaqında normativ güc boşluğunun doldurulması , regional güclərin liderlik iddialarının artması( Türkiyə, Hindistan, Səudiyyə Ərəbistanı, İran), regional təşkilatların rolu yüksələ bilər.
ABŞ-nin geri çəkilməsi inkişaf etmiş ölkələr üçün risklər yaradır. Münaqişələrin çoxalması, sülhməramlı qüvvələrin maliyyə proqramlarının azalması , borc asılılığının yaranması( əsasən Çindən) problemlər ortaya çıxa bilər. Ən əsası həlli olmayan digər beynəlxalq problemlər baş qaldıra bilər.