Medianews.az
Azərbaycanın əsas tərəfdaşları -
343 baxış

Azərbaycanın əsas tərəfdaşları - İxrac və idxal

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ixracının 10,8 milyard dolları İtaliyaya yönəlib.

Medianews.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Gömrük Komitəsi Türkiyəyə ixracı 3,07 milyard dollar, Rusiyaya ixracı 1,08 milyard dollar göstərir.

İxracda qalan əsas tərəfdaşlar belə sıralanır:

Bolqarıstan - 756,6 milyon dollar

Yunanıstan - 745,7 milyon dollar

Çexiya - 744,3 milyon dollar

Xorvatiya - 666,7 milyon dollar

Gürcüstan - 621,3 milyon dollar

Rumıniya - 588,4 milyon dollar

Almaniya - 543,6 milyon dollar.

İdxalda əsas tərəfdaş ölkə 4,1 milyard dollarla Çindir.

Rusiyadan idxal 3,4 milyard dollar, Türkiyədən 2,1 milyard dollar, ABŞ-dan 1,3 milyard dollar dəyərində rəsmiləşib.

İlk onluqda Avstraliya (894,1 milyon dollar), Böyük Britaniya (762,1 milyon dollar), Almaniya (754,7 milyon dollar), İran (558,7 milyon dollar), Qazaxıstan (539,9 milyon dollar), İsveçrə (478,3 milyon dollar) də var.

Medianews.az

Bizə qoşulun