Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Zəngəzur dəhlizi üzrə son illər gündəmdə olan dəmiryolu layihələrinin siyahısını Medianews.az-a təqdim edib.
Siyahı belədir:
Azərbaycan ərazisində
Horadiz – Ağbənd dəmir yolu
Təməl: 14 fevral 2021
Uzunluq: 110,4 km (ox üzrə), yan yollarla birlikdə 140,6 km
Xüsusiyyət: tək xətli
Tikinti mərhələləri: 3 mərhələ
Tamamlanma: 2026-cı il
Ələt – Osmanlı – Astara dəmir yolu
Layihə: enerji və rabitə-işarəvermə sistemlərinin yenilənməsi və qurulması
4 mərhələdən ibarətdir
II mərhələ: Kür çayı üzərindəki körpülərin tikintisi artıq tamamlanıb
Ələt–Osmanlı hissəsində:
üst quruluşun söküntüsü
torpaq yatağının hazırlanması
2 avtomobil körpüsü, 3 dəmir yolu körpüsü, 3 avtomobil üst keçidi, heyvan keçidləri, suötürücü qurğular
I mərhələ: Yeni Ələt, Şirvan, Osmanlı stansiyalarının yenidən qurulması
Tamamlanma: 2028-ci ilədək
Naxçıvan bölməsi
Ordubad – Vəlidağ (158 km) yenidənqurma
Ordubad – Salaməlik (14,5 km) yeni xətt
Vəlidağ – Dilucu (16,5 km) yeni xətt
Culfa – Şərur sahəsi: 1988-ci ildən elektrikləşdirilib
İmişli – Culfa istiqaməti: elektrikləşdirilməyib
Gələcəkdə: ikinci xətt + elektrikləşmə planı var
Türkiyə ilə əlaqələr
Qars – İğdır – Dilucu dəmir yolu
İki xətli
Elektrikləşdiriləcək
Tikintisi başlanıb
Tamamlanma: 2029-cu il
Divriği – Qars dəmir yolu
İkinci xətt + elektrikləşmə
Tamamlanma: 2029-cu il
Ermənistan ərazisi
Təxminən 43 km sahə
İşlərə başlanmayıb
Köhnə xətt demontaj edilib, lakin süni qurğular qalıb
Əgər mövcud marşrutla bərpa edilərsə, qısa təftiş və əlavə qurğularla qısa müddətdə istifadəyə verilə bilər
Gözlənilən nəticə
İllik sərnişin daşıma gücü: 5,5 milyon nəfər
İllik yükdaşıma gücü: 15 milyon ton.