Medianews.az
Xərçəngin dərmanı bu heyvanda TAPILDI
46 baxış

Xərçəngin dərmanı bu heyvanda TAPILDI TAPILDI

Yaponiya (Japan Advanced Institute of Science and Technology - JAIST) alimləri qurbağaların bağırsağından alınan bakteriyanın şiş hüceyrələrini tamamilə məhv etdiyini aşkar ediblər.

Medianews.az xəbər verir ki, bu da xərçəngin yeni müalicə üsuluna işıq sala bilər.

Nəticələr "Gut Microbes" jurnalında dərc olunub.

Tədqiqatda vəhşi amfibiyaların və sürünənlərin bağırsağından 45 bakteriya ştammı ayrılıb və onlardan 9‑u güclü antitumor təsir göstərib.

Ən effektli nəticə yapon ağac qurbağalarından izolyasiya edilən Ewingella americana bakteriyası ilə müşahidə olunub.

Laboratoriya testlərində kolorektal xərçəngli siçanlara bu bakteriyanın bir dəfə damar daxilinə yeridilməsi nəticəsində şiş tamamilə yox olub. Bu üsul standart kimyaterapiya və immunoterapiyadan daha yüksək effektivlik göstərərək həm xərçəng hüceyrələrini birbaşa məhv edib, həm də immun sistemini gücləndirib./ Bizimmedia

Bizə qoşulun