“Yataq otağı sakit, qaranlıq və sərin olmalıdır”.
Medianews.az xəbər verir ki, bunu somnoloq və kardioloq Kseniya Semçenko deyib.
Onun sözlərinə görə, yaş artdıqca bir çox insanlar yuxuya getməkdə, tez oyanmaqda çətinlik çəkirlər və gecə istirahətləri çox vaxt dayaz və fasilələrlə olur.
Həkim əlavə edib ki, bütün bunlar demans, piylənmə, 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, depressiya və sosial təcrid riskini artırır. Bundan əlavə, gecə vaxtı zəif istirahət nəticəsində yaranan gündüz yuxululuğu və yorğunluq yıxılma və yaralanma riskini artırır.
Bu problemlərdən qaçmaq üçün Semçenko insanları hər gün eyni vaxtda yatmağa və oyanmağa çağırıb. Yataq otağının sakit, qaranlıq və sərin olması da vacibdir.
Yuxunun keyfiyyətini yaxşılaşdırmağın digər yollarına gün ərzində fiziki fəaliyyət və günortadan sonra kofein və spirt istehlakının məhdudlaşdırılması daxildir. Semçenko həmçinin insanları yatmazdan əvvəl ağır şam yeməyindən çəkinməyə çağırıb. O, həmçinin gün ərzində parlaq işıqda vaxt keçirməyi, axşam isə zəif işıqlandırmadan istifadə etməyi tövsiyə edib.
Bundan əlavə, həkim insanlara elektron cihazlardan istifadəni minimuma endirməyi və simptomlarının kəskinləşməsi yuxunu poza bilən xroniki xəstəliklərin: oynaq xəstəlikləri, ürək xəstəlikləri, tənəffüs və sidik-cinsiyyət sistemi xəstəliklərin gedişatına nəzarət etməyi xatırladıb.
Medianews.az