Medianews.az
Qurban Qurbanovun Qalatasaray ilə bağlı dediyi sözlər gündəm oldu -
135 baxış

Qurban Qurbanovun Qalatasaray ilə bağlı dediyi sözlər gündəm oldu - VİDEO

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” klubu evdə İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı tarixi heç-heçə edib.

Medianews.az xəbər verir ki, qarşılaşmadan sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun açıqlaması sosial mediada böyük rezonans doğurub.

Matçın ardından keçirilən mətbuat konfransında Qurbanov Türkiyəyə jest edərək belə deyib:

“Suallar bitdi. Qalatasarayın bir oyunu var, gedək Qalatasaraya azarkeşlik edək”.

Bu sözlər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və həm Azərbaycan, həm də Türkiyə futbol ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Minlərlə türkiyəli azarkeş Qurban Qurbanova təşəkkür mesajları göndərib, “Bir millət, iki komanda”, “Bu, əsl dostluqdur” və “Qardaşlığın ən gözəl nümunəsi” kimi rəylər yazıblar.

Qeyd edək ki, “Qarabağ”ın “Çelsi” ilə 2:2 hesablı nəticəsi klub tarixində önəmli hadisə kimi dəyərləndirilir. Bu xalla Azərbaycan çempionu Çempionlar Liqasında qrup mərhələsində vacib bir xal toplayıb.
Qurban Qurbanovun davranışı isə futbolun təkcə meydanda deyil, həm də dostluq və qardaşlıq dəyərləri üzərində qurulduğunu bir daha göstərib.

Medianews.az

Bizə qoşulun