Medianews.az
Bir ədəd enerji içkisi insult yarada bilər –
74 baxış

Bir ədəd enerji içkisi insult yarada bilər – xəbərdarlıq

“Bir ədəd enerji içkisi sağlamlıq üçün ciddi təhlükə yaradır”.

Medianews.az xəbər verir ki, bunu neyrocərrah Viktor Hüqo Espindola deyib.

Onun sözlərinə görə, enerji içkiləri ürək-damar sağlamlığına mənfi təsir göstərir. Bu içkilərlə bağlı əsas problem damarların tonusunu tənzimləyən reseptorlara təsir edən taurin və kofeinin olmasıdır.

Mütəxəssis əlavə edib ki, enerji içkilərini spirtlə birləşdirməklə risklər daha da artır. Bu qan təzyiqinin kəskin artmasına səbəb ola bilər. "Əgər sizdə artıq yüksək təzyiq varsa, bu birləşmə insult gətirib çıxara bilər", - həkim vurğulayıb.  

Üstəlik, bu vəziyyət təkcə yaşlı insanlarda deyil, gənclərdə də baş verə bilər.

Medianews.az

Bizə qoşulun