Medianews.az
Turizm: gələn də azalıb, gedən də
413 baxış

Turizm: gələn də azalıb, gedən də

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 182 ölkədən 1 milyon 720,5 min ziyarətçi gəlib.

Medianews.az Dövlət Sərhəd Xidmətinin hesabatına istinadla bildirir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azdır.

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanı ziyarət edənlərin 25,5 faizi Rusiya, 16,9 faizi Türkiyə, 7,8 faizi İran, 7,3 faizi Hindistan, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,4 faizi Çin, 2,2 faizi Özbəkistan, 2,1 faizi İsrail, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, qalanları başqa ölkələrin vətəndaşıdır.

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 2024-cü ilin yanvar-avqust aylarına nəzərən 2,7 faiz azalma ilə 1 milyon 419,2 min nəfər göstərilir, onların 41,9 faizinin Türkiyəyə, 14,8 faizinin Rusiyaya, 11 faizinin Gürcüstana, 8,8 faizinin İrana, qalanlarının başqa ölkələrə səfər etdiyi bildirilir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun