Medianews.az
Təyyarənin mühərriki yandı,
87 baxış

Təyyarənin mühərriki yandı, təcili eniş etdi – VİDEO

Rusiyanın "Nordwind Airlines" şirkətinə məxsus təyyarənin mühərriki uçuş zamanı alovlanıb.

Medianews.az xəbər verir ki, hadisə Moskvanın Şeremetyevo hava limanında baş verib.

Təyyarə səhər saat 7-də Rusiya hava limanından Kubanın Kayo Koko adasına yola düşməli idi. Təyyarə sürətlənib havaya qalxanda sağ mühərrik alovlanıb. Pilotlar təcili eniş ediblər.

Texniki nasazlıq səbəbindən uçuş 11 saat təxirə salınıb və sərnişinlər təxliyə olunur.

Yanğınsöndürənlər və xilasedicilər hadisə yerində işləyirlər.

Medianews.az

Bizə qoşulun