Medianews.az
Məşhur aparıcı üsyan etdi:
86 baxış

Məşhur aparıcı üsyan etdi: "Haqqımı halal etmirəm" - FOTO

Türkiyədə aparılan genişmiqyaslı narkotik istintaqı mediada ciddi rezonans doğurub.

Medianews.az xəbər verir ki, Mehmet Akif Ersoy və Ela Rumeysa Cebecinin də daxil olduğu şübhəlilərin narkotik testlərinin müsbət çıxmasından sonra tanınmış aparıcı Hande Sarıoğlu haqqında yayılan iddialara sərt reaksiya verib.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində “narkotik və ya stimullaşdırıcı maddələri almaq, qəbul etmək və ya saxlamaq”, eləcə də “istifadə üçün yer və şərait yaratmaq” ittihamları ilə saxlanılan keçmiş Habertürk baş redaktoru Mehmet Akif Ersoy da daxil olmaqla 10 nəfərdən Məhkəmə Tibbi Ekspertizası İnstitutu tərəfindən saç və qan nümunələri götürülüb.

Aparılan ekspertiza nəticəsində Mehmet Akif Ersoy, Ela Rumeysa Cebeci, Ufuk Tetik, Şevkiye Dilara Yıldız, Mustafa Manaz, Ebru Gülan və Buse Öztayın narkotik testlərinin müsbət nəticə verdiyi məlum olub. İstintaq prosesi davam edir.

Bu hadisələrlə bağlı adının narkotik əməliyyatında hallandırılmasına qəti etiraz edən aparıcı Hande Sarıoğlu sosial media hesabından sərt açıqlama yayıb. O, rəsmi sənədlərdə adının yer almadığını vurğulayaraq yayılan məlumatları böhtan adlandırıb.

Sarıoğlu paylaşımında “Hesabatda adımı görə bilirsinizmi? Diqqətlə baxın, adım çəkilibmi? Mənə böhtan atanların utanıb-utanmayacağını bilmirəm, amma heç kimi bağışlamıram” ifadələrini işlədib. O, ilk gündən mövqeyini açıq şəkildə bildirdiyini, buna baxmayaraq qərəzli şəkildə hədəfə alındığını qeyd edib.

Medianews.az

Hande Sarıoğlu ateş püskürdü: Hakkımı helal etmiyorum

Bizə qoşulun