2025-ci ilin üçüncü rübündə (iyul-sentyabr ayları) Gürcüstanı 3 milyon əcnəbi ziyarət edib, onlar 6,2 milyard lari (3,9 milyard manat) xərcləyib.
Medianews.az bildirir ki, ziyarətçilərin 58,7 faizi istirahət və əyləncəyə, 20,7 faizi qohumlara və dostlara baş çəkməyə, 3,1 faizi alış-verişə gəlib.
Ölkəyə ayaq basanların 4,2 faizinin gəlişi işgüzar səfər, 12,2 faizinin gəlişi başqa ölkəyə keçid, 1 faizinin gəlişi başqa məqsədli səfər kimi rəsmiləşib.
Ən çox turistin Rusiyadan (ümumi turistlərin 26,1 faizi), Türkiyədən (16,5 faiz) və Ermənistandan (11,8 faiz) gəldiyi xəbər verilir.
Toğrul Əli,
Medianews.az