Medianews.az
Tramp Putinə qarşı –
864 baxış

Tramp Putinə qarşı – Neftin bahalaşması sanksiyanın ciddi olduğunu göstərir

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı ilk sanksiyalarını açıqlayıb. Rusiyanın iki böyük enerji şirkəti - "Rosneft" və "Lukoil"a qarşı (34 törəmə şirkətləri ilə bərabər) total sanksiyaların tətbiqi barədə qərar qəbul edilib.

Politoloq Şahin Cəfərli Medianews.az-a bildirib ki, bazarın bu qərara reaksiyası - neftin bahalaşması sanksiyanın ciddi olduğunu göstərir: “Bayden dövründə, o da prezidentliyinin son həftələrində, cəmi iki Rusiya şirkətinə - "Qazpromneft" və "Surqutnefteqaz"a qarşı bu tip sanksiya tətbiq olunmuşdu.

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp öz növbəsində Rusiya Prezidenti Valdimir Putinlə planlaşdırılan görüşü də ləğv edib. ABŞ-ın maliyyə naziri Bessent bildirib ki, Rusiya mövcud təmas xəttində atəşkəsə razılaşmasa, sanksiyalar genişləndiriləcək”.

Ş.Cəfərlinin sözlərinə görə, daha bir vacib xəbər Rusiyanın 20 min ukraynalı uşağı oğurlaması səbəbi ilə terrorçu dövlət kimi tanınması haqda qanun layihəsinin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində yekdilliklə qəbuludur: “Putini sülhə gətirmək üçün 9 aylıq cəhdləri nəticə vermədikdən sonra Tramp Rusiyaya qarşı təzyiq siyasətinə keçməyə məcbur oldu. Bunu əslində ənənəvi siyasətə dönüş kimi qiymətləndirmək lazımdır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun