Medianews.az
Təyyarədə "panik atak" keçirən qadın
72 baxış

Təyyarədə "panik atak" keçirən qadın gərginlik yaratdı - VİDEO

Təyyarədə panik atak keçirən qadın sərnişinlə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, sosial mediada yayılan videoda uçuş zamanı bir xanım sərnişinin səhhətində problem yarandığı, panik atak keçirdiyi anlar əks olunub. Hadisə digər sərnişinlər arasında gərginliyə səbəb olub, ekipaj üzvləri isə vəziyyəti nəzarət altına almağa çalışıb.

Görüntülərdə diqqət çəkən məqamlardan biri də bəzi gənc sərnişinlərin qadının yaşadığı vəziyyətə gülməsi olub. Bu davranış sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və ciddi tənqid edilib. İstifadəçilərin bir qismi psixoloji və sağlamlıq problemləri yaşayan insanlara anlayışla yanaşılmasının vacibliyini vurğulayıb, digərləri isə belə hallarda gülməyin etik olmadığını qeyd edib.

Məsələ ətrafında yaranan müzakirələr bir daha ictimai yerlərdə, xüsusilə də nəqliyyat vasitələrində baş verən sağlamlıq problemlərinə qarşı daha həssas və məsuliyyətli davranışın vacibliyini gündəmə gətirib.

Bizə qoşulun