Medianews.az
Uşaqlı evlərdə yeni il küknarı varsa, DİQQƏT!
83 baxış

Uşaqlı evlərdə yeni il küknarı varsa, DİQQƏT! Valideynlər nələrə diqqət etməlidir?

Yeni il küknarı evə bayram ab-havası qatsa da, evdə azyaşlı uşaq olduqda təhlükəsizlik məsələləri ön plana çıxır. Mütəxəssislər valideynlərə yeni il ağacının bəzədilməsi zamanı bir sıra vacib qaydalara əməl etməyi tövsiyə edirlər.

BAKU.WS verir ki, ekspertlərin fikrincə, azyaşlı uşaqlar olan evlərdə süni yolka daha təhlükəsiz seçimdir. Canlı yolkalar tökülən iynələri, allergiya riski və yaralanma ehtimalı ilə təhlükə yarada bilər. Süni "yolka" seçərkən isə mütləq təhlükəsizlik sertifikatının olmasına diqqət yetirilməlidir.

"Yolka" evdə küncdə, möhkəm altlıq üzərində qurulmalı, aşma riskinin qarşısı alınmalıdır. Lazım gələrsə, yuxarı hissəsi nazik ip vasitəsilə divara və ya tavana bərkidilə bilər.

Bəzəklərə gəldikdə, şüşə oyuncaqlardan, "yağış", mişura və süni qardan istifadə məsləhət görülmür. Bunun əvəzinə plastik, parça, ağac və kartondan hazırlanmış oyuncaqlar daha təhlükəsiz sayılır. Oyuncaqlar möhkəm bağlanmalı, uşağın asanlıqla qoparıb ağzına salacağı detallar olmamalıdır.

Elektrik girlyandaları isə əlavə risk yaradır. Mütəxəssislər mümkün olduqda onlardan imtina etməyi, istifadə edilərsə yalnız sertifikatlı məhsullara üstünlük verilməsini və naqillərin uşağın əli çatmayan yerlərdə gizlədilməsini tövsiyə edirlər.

Alternativ olaraq valideynlər divara yapışdırılan yastı yolkalar, dekorativ çələnglər və ya asma bəzəklərdən də istifadə edə bilərlər.

Mütəxəssislər vurğulayır ki, əsas məqsəd bayram sevincini qorumaqla yanaşı, uşaqlar üçün təhlükəsiz mühit yaratmaqdır. Yeni il "yolkası" valideyn nəzarəti olmadan uşağın yanında saxlanılmamalıdır.

Bizə qoşulun