Medianews.az
Putin hərbçiləri barədə
46 baxış

Putin hərbçiləri barədə bunu açıqladı

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bəzən xüsusi hərbi əməliyyat zonasındakı mövcud vəziyyəti müzakirə etmək üçün hərbçiləri Kremlə dəvət edir.

Medianews.az xəbər verir ki, o, bu açıqlamanı birbaşa yayım və yekun mətbuat konfransı zamanı verib.

"Dünən Müdafiə Nazirliyinin iclasında Severskin azad edilməsində iştirak edən əsgərlərimizi mükafatlandırırdıq. Daha sonra Kremldə işə gəldim və həmin hücum dəstəsinin komandirindən gəlməsini xahiş etdim", - deyə Rusiya prezidenti deyib.

Putin onunla danışmaq və cari məsələləri müzakirə etmək istədiyini izah etdi. O, həmçinin qeyd edib ki, bəzən fürsət düşəndə ​​bunu edir.

Medianews.az

Bizə qoşulun