Medianews.az
Niyə Dövlət Neft Fondu xaricdəki aktivlərə yatırımları artırır?
1,932 baxış

Niyə Dövlət Neft Fondu xaricdəki aktivlərə yatırımları artırır?

Azərbaycan Respublikası Dövlət Neft Fondu ABŞ-ın “BlackRock” şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners” investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində Londonun Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya həyata keçirdiyini açıqlayıb.

İyulda Dövlət Neft Fondu bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkətinin İtaliyada yerləşən, ümumi gücü 402 MVt olan günəş elektrik stansiyalarından ibarət portfelində 49% pay əldə etmişdi.

Azərbaycanın Dövlət Neft Fondu niyə xarici ölkələrdəki aktivlərə yatırımları artırır?

İqtisadçı ekspert İlham Şaban Medianews.az-ın sualına cavab olaraq bildirib ki, bunun bir neçə səbəbi var:

"Əvvəla, Dövlət Neft Fondunun aktivləri artıq o səviyyəyə gəlib çatıb ki, xarici şirkətlərin layihələrində pay alışını intensivləşdirmək imkanı qazanıb.

İkincisi, Dövlət Neft Fondu neft-qaz gəlirlərinin bundan sonra da azalmasının fərqindədir və ona görə də yeni gəlir mənbələrini artırır.

Üçüncüsü, Dövlət Neft Fondu seçimini edəndə risk dərəcəsi daha aşağı olan aktivlərə üstünlük verir ki, qısamüddətli qazancdan yox, uzunmüddətli stabil gəlirdən faydalansın”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun