Medianews.az
Milli Məclisdə mandat bölgüsü yenilənəcək -
992 baxış

Milli Məclisdə mandat bölgüsü yenilənəcək - EKSKLÜZİV

Milli Məclisdə 94 saylı Ucar dairəsini təmsil edən Ramil Həsən mandatını təhvil verəcək. O, iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının baş katibi seçilib, oktyabrın 15-də vəzifəsinin icrasına başlayacaq.

Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası qurumda müşahidəçidir. Türk Dövlətləri Parlament Assambleyasının Baş Katibliyi Bakıda yerləşir.

Medianews.az bildirir ki, Ramil Həsənin mandatını təhvil verməsi Milli Məclisdə mandat bölgüsünün yenilənməsi ilə də nəticələnək. 

Belə ki, Ramil Həsən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2024-cü il sentyabrın 1-də keçirilmiş parlament seçkisində 125 nəfərlik Milli Məclisə Yeni Azərbaycan Partiyasından daha 67 nəfər mandat alıb.

Vətəndaş Həmrəyliyi Partiyası 3 mandata sahib çıxıb.

Ədalət, Hüquq, Demokratiya Partiyası 2 mandat götürüb.

8 partiya hərəyə bir mandat əldə edib – Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası.

44 mandat partiyasız şəxslərə qismət olub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun