Medianews.az
Həbsdə olan erməni mer
59 baxış

Həbsdə olan erməni mer hamını hədələdi

Gümrü şəhərinin həbs olunan meri Vardan Qukasyan özünün və ailə üzvlərinin təzyiqlərə məruz qaldığını bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, həmin dövrdən etibarən barəsində çoxsaylı cinayət işləri açılıb və bu prosesləri siyasi sifariş kimi qiymətləndirir.

Qukasyan iddia edib ki, oğlu bir neçə dəfə aylarla həbsdə saxlanılıb, lakin sonradan bəraət alıb. O, istintaq və prokurorluq orqanlarının “yuxarıdan gələn göstərişlərlə” hərəkət etdiyini deyərək, bu şəxslərin gələcəkdə məsuliyyət daşıyacağını bildirib.

Məhkəmə iclasında müxalif deputatlar Qarnik Danielyan və Geqam Manukyan da iştirak ediblər.

Qeyd edək ki, Ermənistanda revanşist mövqeyi ilə tanınan Vardan Qukasyan Gümrü sakindən şəhər memarı vasitəsilə rüşvət tələb etməkdə, bunun müqabilində qanunsuz tikilinin leqallaşdırılmasını vəd etməkdə ittiham olunur.

Bizə qoşulun