Medianews.az
Əbülfəs Qarayevin qızı dediklərini təkzib elədi -
79 baxış

Əbülfəs Qarayevin qızı dediklərini təkzib elədi - ÜZR İSTƏDİ

“Azərbaycancanın bir vətəndaşı olaraq, ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi”.

Medianews.az xəbər verir ki, bu sözləri son günlər gündəmdə olan “Məhsəti” filminin rejissoru Suad Qara (Suada Qarayeva) deyib.

O, sosial şəbəkə hesabında paylaşım edərək, hamıdan üzr istəyib:

“Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm.

Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir”.

Qeyd edək ki, rejissoru Suad Qara olan “Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçirilmiş Bakı Beynəlxalq Film Festivalının proqramından çıxarılmışdı. O, buna sərt reaksiya vermişdi.

Xatırladaq ki, S.Qarayeva keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.

Bizə qoşulun