Medianews.az
Novxanıda bu yoldakı çuxura hər gün bir neçə maşın düşür -
61 baxış

Novxanıda bu yoldakı çuxura hər gün bir neçə maşın düşür - CİDDİ TƏHLÜKƏ

Abşeron rayonunun Novxanı qəsəbəsində, Heydər Əliyev küçəsində yolun bir hissəsində yaranmış dərin çuxur sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Medianews.az xəbər verir ki, sakinlər və avtomobil sahibləri problemlə bağlı narazılıq ediblər.

Şikayətçilərin sözlərinə görə, ərazidə telefon xətlərinin çəkilişi zamanı yol örtüyü qazılıb və sonradan bərpa olunmayıb. Nəticədə küçənin müxtəlif hissələrində çuxurlar yaranıb və gün ərzində bir neçə avtomobil həmin əraziyə düşərək zərər görür.

Məsələ ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, vəziyyət nəzarətə götürülüb. Qurumdan verilən məlumata əsasən, yolun təmiri üçün aidiyyəti təşkilatlara müraciət edilib və problemin yaxın vaxtlarda aradan qaldırılması planlaşdırılır. 

Bizə qoşulun