Medianews.az
Azərbaycan Rusiyanı ötdü
2,732 baxış

Azərbaycan Rusiyanı ötdü

“Azərbaycan boru kəməri ilə qaz tədarükündə Rusiyanı ötüb”. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Medianews.az-a açıqlamasında belə deyib.

İ.Şaban bildirib ki, Azərbaycan boru kəməri qazı üzrə ölkələrin təminatında dünya lideri olub: “Bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.

Hazırda Azərbaycan 14 ölkəyə boru kəməri ilə təbii qaz ixrac edir. Üstəlik, Azərbaycan qazının Suriyaya ixracının başlandığı dövrdən - 2025-ci ilin avqust ayının əvvəlindən ölkəmiz boru kəməri ilə qaz tədarükü sahəsində ölkələrin sayına görə Rusiyanı ötüb.

Xatırladaq ki, onilliklər boyu Rusiya boru kəməri ilə qaz tədarükü sahəsində dünyanın ən çox ölkəsini təmin edən dövlət idi. Hazırda Rusiyanın boru kəməri ilə qaz ixrac etdiyi ölkələrin sayı 13-dür.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun