Medianews.az
Azərbaycan hansı ölkələrə neft satır?
1,478 baxış

Azərbaycan hansı ölkələrə neft satır?

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 8,9 milyard dollarlıq xam neft ixrac olunub.

Medianews.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, Çexiya, Xorvatiya, Almaniya, Rumıniya, Portuqaliya, Yunanıstan, Böyük Britaniya, İrlandiya, Niderland, Tunis, Fransa, Tailand, İndoneziya, Türkiyə, İsveçrə, Hindistan, Danimarka, Bolqarıstan, Avstriya.

2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86 dollarla başlayıb.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Yanvar-sentyabr aylarında ölkədə kondensatla birlikdə 20,7 milyon ton neft çıxarılıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun