Medianews.az
Adambaşına 9300,3 manat
1,501 baxış

Adambaşına 9300,3 manat

Yanvar-sentyabr aylarında Azərbaycanda 95 milyard 229,2 milyon manatlıq, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 1,9 faiz azalma, qeyri-neft/qaz sektorunda 2,9 faiz artım qeydə alınıb, adambaşına 9300,3 manat ÜDM düşüb.

Medianews.az qeyd edir ki, 2011-ci ildə Azərbaycanda ÜDM 0,1 faiz, 2017-ci ildə 0,2 faiz, 2015-ci ildə 1,1 faiz, 1996-cı ildə 1,3 faiz, 2023-cü ildə 1,4 faiz, 2018-ci ildə 1,5 faiz, 2012-ci ildə 2,2 faiz, 2019-cu ildə 2,5 faiz, 2014-cü ildə 2,8 faiz artıb.

2024-cü il 4,1 faiz, 2022-ci il 4,7 faiz, 2010-cu il 5 faiz, 2021-ci il 5,6 faiz, 1997 və 2013-cü illər 5,8 faiz, 1999-cu il 7,4 faiz, 2009-cu il 9,3 faiz, 2001-ci il 9,9 faiz artımla bitib.

1998-ci ildə 10 faiz, 2004-cü ildə 10,2 faiz, 2002-ci ildə 10,6 faiz, 2008-ci ildə 10,8 faiz, 2000-ci ildə 11,1 faiz, 2003-cü ildə 11,2 faiz, 2007-ci ildə 25 faiz, 2005-ci ildə 26,4 faiz, 2006-cı ildə 34,5 faiz yüksəliş qeydə alınıb.

1995-ci ildə ÜDM-in 11,8 faiz, 2020-ci ildə 4,2 faiz, 2016-cı ildə 3,1 faiz azaldığı açıqlanıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun