Medianews.az
Harada nə qədər maaş alırlar? - <span style=color:red>RƏSMİ
134 baxış

Harada nə qədər maaş alırlar? - RƏSMİ

2025-ci il mayın 1-nə Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1100,6 manata çatıb. Medianews.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaş baxımından belə sıralanır:

mədən sənayesi - 3820,5 manat

maliyyə və sığorta fəaliyyəti - 3290,8 manat

informasiya və rabitə - 1895,8 manat

peşə fəaliyyəti, elmi və texniki fəaliyyət - 1876,8 manat

nəqliyyat və anbar təsərrüfatı - 1574,3 manat

dövlət idarəetməsi və müdafiə; sosial təminat - 1441,3 manat

daşınmaz əmlakla əlaqədar əməliyyatlar - 1301,9 manat

tikinti - 1150,8 manat

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı - 1101,8 manat

emal sənayesi - 991,8 manat

əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi - 929,6 manat

istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət - 862,4 manat

təhsil - 800,6 manat

turistlərin yerləşdirilməsi və ictimai iaşə - 796,2 manat

su təchizatı, tullantıların təmizlənməsi və emalı - 768,2 manat

ticarət; nəqliyyat vasitələrinin təmiri - 739,4 manat

inzibati və yardımçı xidmətlərin göstərilməsi - 706,9 manat

kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 681,1 manat

başqa sahələrdə xidmətlərin göstərilməsi - 1271,6 manat.

Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır. Toğrul Əli, Medianews.az

Bizə qoşulun