Medianews.az
Ukrayna və İsrail əməliyyatları arasında hansı oxşarlıqlar var? – <span style=color:red>Ekspert izah edir
131 baxış

Ukrayna və İsrail əməliyyatları arasında hansı oxşarlıqlar var? – Ekspert izah edir

“Ukraynanın iyunun 1-də Rusiyada həyata keçirdiyi “Hörümçək toru" əməliyyatı ilə İsrailin iyunun 13-də İranda keçirdiyi “Aslanın oyanışı” əməliyyatı arasında ciddi oxşarlıqlar var”. İnformasiya texnologiyaları üzrə ekspert Osman Gündüz Medianews.az-a belə deyib. O.Gündüzün sözlərinə görə, hər iki əməliyyatda əsas prinsip belə olub: - hücum xaricdən deyil, daxildən edilir; - hücum başlanmazdan əvvəl radar sistemləri sıradan çıxarılır; - dronlardan istifadə edilir. O.Gündüz bildirib ki, Ukraynanın əməliyyatı zamanı rus ordusunun hava müdafiə sistemləri müəmmalı şəkildə susdu: “Sonradan məlum oldu ki, Ukrayna kəşfiyyatı tərəfindən öncədən Rusiya ərazisində dronların da yerləşdiyi nəqliyyat vasitələrinə quraşdırılmış radioelektron qurğular havadan müdafiə sistemlərini deaktiv edibmiş. Məhz dronlar vasitəsilə Rusiyanın 40-dək strateji təyyarəsi sıradan çıxarıldı. “Aslanın oyanışı” əməliyyatında da aydın olur ki, İsrail raket hücumları ilə yanaşı İranın mərkəzinə öncədən dron bazaları yerləşdiribmiş, İranın hava hücumundan müdafiə sistemləri yaxınlığına radioelektron qurğuları quraşdırıbmış və hücumun başlanğıcında həmin sistemləri tam iflic edibmiş. Məhz dronlar vasitəsilə İsrail İran generallarını elə evlərindəcə öldürə bilib və nüvə obyektlərinə dəqiq zərbələr endirib”. Ekspertin fikrincə, bu tip əməliyyatlar bir daha göstərir ki, texnologiyalar, kəşfiyyat və sabotaj şəbəkələri müasir müharibələrdə mühüm amilə çevrilib. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun