Medianews.az
Rəqqasələr bəyi toydan <span style=color:red> qaçırıblar
111 baxış

Rəqqasələr bəyi toydan qaçırıblar

Hindistanda toy bəyin qaçırılması ilə başa çatıb. Medianews.az xəbər verir ki, hadisə Biharın Diqva Duboli kəndində baş verib. Ənənəvi Launda Naach rəqqasələri qonaqlarla mübahisədən sonra bəy Sonu Kumar Şarmanı qaçırıblar. Mübahisə rəqqasların çıxışlarını bitirmək istədikləri üçün yaranıb ki, bu da orada olanların xoşuna gəlməyib. Ehtimal olunur ki, bundan əvvəl ödənişlə bağlı mübahisə yaranıb. Əvvəlcə qonaqlarla rəqqaslar arasında dava düşüb və bu zaman ifaçılardan biri xəsarət alıb. Gecə saat iki radələrində geri qayıdan rəqqaslar qrupu gəlinin qohumlarına hücum edərək bəyi zorla aparıblar. Qonşu Sivan əyalətində oğurlanmış şəxsi tapıb azad etmək üçün polisə 9 saat vaxt lazım olub. "Bu, həyatımızın ən xoşbəxt günü olmalı idi, amma kabusa çevrildi", - bəyin qohumu duyğularını jurnalistlərlə bölüşüb. Zərərçəkmiş hazırda təhlükəsizdir və səlahiyyətlilər hadisənin baş vermə şəraitini araşdırmağa davam edir. Medianews.az

Bizə qoşulun