Medianews.az
Bu baş versə, quru sərhədlər
110 baxış

Bu baş versə, quru sərhədlər AÇILACAQ

Gələn il sərhədlərin açılmaması ehtimalı cəmiyyətdə suallar doğurur. Maraqlıdır, belə bir halda hökumət konkret alternativ plan təqdim edəcəkmi?

Medianews.az xəbər verir  ki, Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, gələn ilin əsasən ilk yarısında quru sərhədlərin açılması real görünmür. Onun sözlərinə görə, mövcud karantin rejiminin əvvəlcə aprel ayına, daha sonra isə iyul ayına qədər uzadılması ehtimalı yüksəkdir.

C.Abbaslı qeyd edib ki, ilin ilk 6 ayı üçün sərhədlərin açılmasının gözlənilməməsinin arxasında dövlətin nəzərə aldığı bir sıra strateji məqamlar dayanır. Onun fikrincə, bu məsələdə Zəngəzur dəhlizi əsas prioritetlərdən biridir:

“Dövlət daha çox dəhlizin açılmasında maraqlıdır. Dəhliz açıldıqdan sonra quru sərhədlərlə bağlı qərara baxıla bilər. Böyük ehtimalla həmin mərhələdən sonra sərhədlər açılacaq”.

Siyasi şərhçi vurğulayıb ki, Zəngəzur dəhlizinin də gələn ilin ilk yarısında açılması real görünmür. Buna səbəb kimi Ermənistanda gözlənilən parlament seçkilərini göstərən C.Abbaslı bildirib ki, baş nazir Nikol Paşinyan seçkilərdən əvvəl Azərbaycanla sülh sazişinə imza atmağa və dəhliz məsələsində tam razılıq ifadə etməyə tələsməyəcək:

“Bu addımlar daxildə ona elektorat itkisi yaşada bilər. Ona görə də ilin ilk 6 ayı nisbətən sakit keçəcək”.

Bizə qoşulun